S. Vurğun 14.

Tel: (+994 12) 443 61 00
      (+994 12) 443 63 01 "; $dil['bizimle_elaqe_blok_text'][2]="rus rusAbşeron Rayon Görədil kəndi.
S. Vurğun 14.

Tel: (+994 12) 443 61 00
      (+994 12) 443 63 01 "; $dil['bizimle_elaqe_blok_text'][3]="eng engAbşeron Rayon Görədil kəndi.
S. Vurğun 14.

Tel: (+994 12) 443 61 00
      (+994 12) 443 63 01 "; $dil['bizimle_elaqe_bash'][1]="BIZIMLE ELAQE"; $dil['bizimle_elaqe_bash'][2]="КОНТАКТЫ"; $dil['bizimle_elaqe_bash'][3]="CONTACTS"; $dil['xeber_text_blok1'][1]=" Yeni qəbirstanlıq hasarlanıb H/Hissənin hasarı çəkilib Yeni qəbirstanlıq hasarlanıb H/Hissənin hasarı çəkilib Yeni qəbirstanlıq hasarlanıb H/Hissənin hasarı çəkilib... "; $dil['xeber_text_blok1'][2]=" Новое кладбище ограждено
Н/Часть ограждена
В поселке Зира построено 8 автобус ...
"; $dil['xeber_text_blok1'][3]=" New graveyard was erected. Military unit was enclosed. Eight busstops were constructed in Zira settlement. 4100 ...
"; $dil['xeber_text_blok2'][1]=" Qəsəbənin maqistral yolunda sağ və sol tərəflərdə hasarlar tikilib , suvaqlanıb və boyanıb
7 km asvaltın 2 metr enində genişləndirilib və yenidən...
"; $dil['xeber_text_blok2'][2]=" Края магистральной дороги поселка ограждены
7 км асфальта расширено на 2 м и вновь заасфальтировано
Для пеше...
"; $dil['xeber_text_blok2'][3]=" Highway of the settlement was fenced, plastered and stained. 7 km asphalt was enlarged 2 meters and raod was again asphalted ...
"; $dil['xeber_text_blok3'][1]=" H.Əliyev fondu tərəfindən tikilmiş istirahət Parkı , Şadlıq evi , Mədəniyyət evi , Kitabxana ,Mini stadion ,Uşaqlar üçün əyləncə yeri istifadəyə verilib ...
"; $dil['xeber_text_blok3'][2]=" Сданы в эксплуатацию Парк, Ресторан, Дом Культуры, Библиотека, Мини стадион, место для отдыха детей, построенные Фондом Гейдара Алиева Открытые ...
"; $dil['xeber_text_blok3'][3]=" Park, Restaurant, Cultural House, Library, Mini stadium, entertainment place for children (constructed by Heydar Aliyev Fundation) were ...
"; $dil['xeber_text_blok4'][1]=" Ağacların suvarlanması üçün 4000 m uzunluqda su boruları çəkilib
Poliklinika binası tikilib təhvil...
"; $dil['xeber_text_blok4'][2]=" Для поливки деревьев протянуты водопроводы, длиной в 4000 м Сдано в эксплуатацию здание поликлиники Сданы в эксплуатацию здание Муниципал...
"; $dil['xeber_text_blok4'][3]=" 4000 m water pipes were constructed for irrigation of trees. Building of municipality, representation of the settlement, electric...
"; $dil['back'][1]="<< geri qayıt"; $dil['back'][2]="<< назад"; $dil['back'][3]="<< back"; ?> www.pirallahi.belediyye.com
AZ | RU | EN
   ANA SƏHİFƏ
19.09.2008
-----------------------------------------------------
19.09.2008
-----------------------------------------------------
19.09.2008
-----------------------------------------------------
19.09.2008
-----------------------------------------------------
    Abşeron arxipelaqının Pirallahı adlanan ən böyük adası içməli suyuna görə uzaq keçmişdən insan məskəni olmuşdur. Xəzər dənizində şirin suyu olan Talxe adası var, bol meyvə və tərəvəa yetişən həmin adanın torpağı da, barı da tanrıya məxsusdur. Demək , ada müqəddəs yer sayılırmış, gəlirinin bir hissəsindən məbədə, bir hissəsindən kahinlərə sərf olunurmuş. Ərəb xilafəti dövründə yaranan xəritələrdə Pirallahı adası tanınır. “Pir” söz3ü hələ V əsr mənbələrində işlənməkdə olan “pirayət” sözündəndir, “ocaq”, “müqəddəs yer” anlamındadır. Pirallahı – yəni allahın piri, məbədi deməkdir. Ehtimal ki, VII – VIII yüzlüklərindən sonra “Pir” sözünə “Allah”da əlavə edilmiş “Pirallahı” olmuşdur. Pirallahı adına ilk dəfə XIV əsr mənbələrində rast gəlinir.
    Görünür sonradan bu qədin ziyarət yerinə islam donu geydirilmişdir. İslamdan qabaqki əsatiri, müqəddəs və ibadət yerlərinin sonradan müsəlman ziyarətgahına çevrilməsi bir növ ənənə şəklini almışdır.
XVIII əsr Rusiya Coğrafiyasında adanın min illərin dərinliyinə gedən tarixi nəzərə alınmışdı. Abşeron yarımadasına yaxınlaşanda digər adalar arasında Pirallahını da görmüş, dəniz xəritələrində onun adını rusca “Svyatoy” yazmışlar.
    İnzibati addəyişmə epidemiyası tariximizin bu təkrarolunmaz izini dəkürüyüb atdı. 1925-ci ildə oraya inqlabşı sovet dövlət və partiya xadimi Artyomun – F.A.Sergryrvin (1883-1921) adı verildi.
Pirallahı adası Abşeron yarımadasından şərqdə Xəzər dənizində ən bıyük adalardan biridir. Adanın sahəsi 48000 kv/km, uzunluğu 12 km, eni 0.2 km-dən 4 km qədərdir.
Pirallahı adasında yeni neft yataqlarının istismara başlanması, müharibə illərində neftə daha çox ehtiyac olduğu nəzərə alınaraq Pirallahı adasıan dövlət səviyyəsində maraq daha da artmışdır.
1939-cu ildə Azərneftyağ sənaye Nazirliyi tərəfindən Moskva şəhərində “Damba” körpüsünün tikilməsi üçün layihə təsdiq edilmişdir. Adanı sahilləbirləşdirən körpünün tikintisi 1941 – ci ildə başlanmış, 1944 – cü ildə başa çatmışdır.
1941 – ci ilə qədər adanı sahillə birləşdirən heç bir yol olmayıb. Bu vaxta qədər ada ilə sahil arasında gəmi və katerlərdən istifadə olunub.
    Adanın zəngin təbii sərvəti, insan yaşayışı üçün lazımi iqlim şəraiti imkan vermişdir ki, adada yeni obyeklərin tikintisi aparılsın, yaşayış evləri salınsın.
Pirallahı qəsəbəsini dahada məşhurlaşdıran onun zəngin neft yataqlarına malik olmasıdır. Axtarış qazma işləri Pirallahı adası yatağında 1897 – ci ildən başlanmışdır. Kəşviyyat i.ləri sahibkarların şəxsi fikirləri əsasında sistemsiz aparılmışdır.
    Pirallahı adasında neft hasilatı ilə məşqul olan “Abşeronneft” NQÇİ –nin əsası 1936-cı ildə qoyulmuşdur. 1947-ci ildə adanın cənub qurtaracağında dənizdə Gurganda neft yatağı aşkar edildi.
1950-ci ildə kəşviyyat işləri nəticəsində Darvin bankası yatağı açıldı. 1961-ci ildə Abşeron bankası adlanan yeni yataqda kəşfiyyat işlərindən ilk müsbət nəticələr alındı və xeyli neft hasil edildi.1966-cı ildən Abşeron bankasının istismarı başlanıb.
Pirallahı qəsəbəsinə 1936-cı ildən Azərbaycan SSR Bakı şəhər Sovetliyinin Əzizbəyov rayonunda şəhər tipli qəsəbə statusu verilmişdir.
    Şhalinin ümumi sayı 13222 nəfərdir, onlardan 6340 nəfər kişi, 6882 nəfər qadındır.
Hal hazırda pirallahı qəsəbəsində 810 nəfər məcburi köçkünlər vardır. Onların böyük əksəriyyəti qəsəbədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda müxtəlif peşələrdə işlə təmin olunublar.
Pirallahı qəsəbəsində 2006-cı ilin 1 yanvar tarixinə olan məlumatına görə Əzizbəyov Rayon Əmək və Məşqulluq nərkəzində rəsmi qeydiyyata alınmış işsizlərin sayı 431 nəfərdir.
Pirallahı qəsəbəsində 5280 nəfər əmək qabiliyyətli vətəndaş vardır.
Pirallhı qəsəbəsi Xəzər dənizində ada olduğu üçün dörd bir tərəfdən su ilə əhatə olunmuşdur, sahil boyu uzunluğu 23-40 km-ə qədərdir.Qəsəbənin asfaltlanmış yollarının ümumi uzunluğu meydançalarla birlikdə 26 hektardır.
    Pirallahı qəsəbəsində 15 küçə vardır. Qəsəbənin hər bir küçəsi mərkəzləşdirilmiş kanalizasiya xətti və su xətti ilə təmin olunmuşdur. Eyni zamanda hər bir küçəsi asfalt yollarlə mərkəzi magistral yola birləşdirilmişdir. Qəsəbənin hər bir küçəsi işıqlandırılmışdır.
Qəsəbədəki yaşıllıqların ümumi park, xiyaban və ağaclıqlar daxil olmaqla 34,03 hektar təşkil edir. Buna da qəsəbənin ayrı-ayrı yerlərində istirahət guşələri, uşaqların əylənməyi üçün xüsusi yerlər ayrılmışdır.
Pirallhı qəsəbəsinin ərazisində mədəni-tarixi abidələr yoxdur.Lakin qəsəbənin Əzizbəyov küçəsində magistral yilun yaxınlığında 1998-ci ildə Qarabağ müharibəsi illərində şəhid olmuş “Şəhidlərin abidə kompleksi” tikilmişdir.
2001-ci ildə V.Mustafazadə adına mədəniyyət sarayının ön tərəfində şəhidlərimizin xatirəsiunə “Yanar mə”şəl” abidəsi ucaldılmışdır.
Qəsəbənin K.Rzayev məhəlləsində Böyük Cahan Müharibəsində həlak olanların xatirəsinə abidə ucaldılmışdır.
Qəsəbə ərazisində Əzizbəyov raton Təhsil şöbəsinin nəzdində olan 4 orta məktəb fəaliyyət göstərir.
Pirallahı qəsəbəsi ərazisində 5 uşaq bağçası fəaliyyət göstərir. Onlar “Abşeronneft” NQÇİ-nin balansındadır.
Həmçinin qəsəbədə mədəniyyət evi, musiqi mıktıbi, uşaq yaradıcılıq mırkızi, 2 kitabxana da fəaliyyət göstərir.
Pirallahı qəsəbəsində eyni zamanda Poçt və Telefon xidmətləri də vardır. Qəsəbədə 1 poçt, 2 ATS vardır.
Qəsəbə ərazisində sahibkarlıq və fərdi fəaliyyətlə məşqul olan bir qrup adamlar vardır. Bunlardan bir hissəsi fərdi mağazalarda, bir hissəsi isə köşklərdə fəaliyyət göstərir. Ümumiyyətlə qəsəbədə 15 mağaza, 35 köşk vardır.
Qəsəbmiz günü-gündən inkişaf edir, gözəlləşir.



   Bütün hüquqları qorunulmaqdadır | 2008 ©
  
Site by  Lider Web studio